"Real Madrid" klubu "Barselona" ilə oyundan məğlub ayrılsa, klubun hazırki baş məşqçisi Rafael Benites istefaya göndərilə bilər. Onun postuna isə namizəd Zinəddin Zidandır.
ANS PRESS-in məlumatına görə, bu haqda xəbər Mundo Deportivoda yer alıb.
Xəbərdə "kral klubunun" prezidenti Florentino Peres Rafael Benitesin klubun hazırda sərgilədiyi oyundan narazı olduğunu bildirib. Peres Benitesin futbolçuları nəzarət altında saxlayacağına ümid edsə də, baş məşqçi bir çox futbolçularla konflikt yaşayıb.
55 yaşlı məşqçinin "Real Madrid" klubunda taleyinə isə 21 noyabr tarixində baş tutacaq "Real Madrid" - "Barselona" oyununda sonra aydınlıq gələcək. Əgər Madrid klubu "el klassiko"da məğlub olsa, o zaman klub Rafael Beniteslə yollarını ayıra bilər. Benitesin postuna namizəd isə Zinəddin Zidan göstərilir.