Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun oğlu Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət komandasına dəvət alıb.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu təklif 14 yaşlı futbolçu üçün karyerasında ilk olub.
Portuqaliyanın gənclərdən ibarət milli komandası Yaponiya, Yunanıstan və İngiltərədən olan rəqiblərlə qarşılaşacaq.
Qeyd edək ki, ulduz forvardın oğlu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun gənclərdən ibarət komandasında çıxış edir. O, karyerası ərzində “Pozuelo”, “Juventus” və “Real Madrid”in akademiyalarında da çıxış edib.
QAZİLER.AZ