Azərbaycan futbolunda İLK: Kişilərin komandasına qadın məşqçi təyin olundu

Azərbaycan futbolunda İLK: Kişilərin komandasına qadın məşqçi təyin olundu backend

Futbol üzrə I Liqaya vəsiqə qazanan "Şimal" klubunu yeni mövsümdən etibarən Zaur Ramazanov çalışdıracaq.

Qaziler.az "Sport1.az"a istinadən xəbər verir ki, eyni zamanda, mütəxəssisin köməkçilərindən biri bəlli olub.

Xaçmaz təmsilçisinin məşqçilər korpusunda Zülfiyyə Bayramova da yer alacaq. O, komandanın qapıçılar üzrə məşqçisi olacaq.

Xatırladaq ki, Zülfiyyə Bayramova AFFA-nın qapıçı məşqçisi kurslarını bitirib. O həm də "Baku Xuniors" komandasında futbolçu karyerasını davam etdirir.

Diaspora