Heyətində ən çox milli futbolçular olan klublar

Heyətində ən çox milli futbolçular olan klublar backend

Britaniyanın "Sky Sports" nəşri heyətində ən çox milli komandaların üzvlərinin çıxış etdiyi klubların adlarını açıqlayıb. Qol.Az-ın məlumatına görə, siyahıda 20 klub yer alıb. Siyahıya İngiltərənin "Mançester Yunayted" klubu başçılıq edir. "Qırmızı şeytanlar"ın heyətinin 72 faizi yığma komandaların üzvləridir.


Moskva CSKA-sı ikinci, Madrid "Real"ı isə siyahıda üçüncü olub. Türkiyəni təmsil edən yeganə klub "Fənərbaxça" 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, İngiltərə 6, İtaliya 4, İspaniya 3, Almaniya 2, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Portuqaliya isə hərəyə 1 klubla təmsil olunur.




1. "Mançester Yunayted" (İngiltərə) - 72 faiz
2. CSKA (Moskva, Rusiya) - 71,4 faiz
3. "Real" (Madrid, İspaniya) - 69,6 faiz
4. "Çelsi" (İngiltərə) - 66,7 faiz
5. "Arsenal" (İngiltərə) - 64 faiz

6. "Tottenhem" (İngiltərə) - 64 faiz
7. PSJ (Fransa) - 63,6 faiz
8. "Yuventus" (İtaliya) - 60 faiz
9. "Atletiko" (Madrid, İspaniya) - 57,1 faiz
10. "Dinamo" (Kiyev, Ukrayna) - 56 faiz

11. "Barselona" (İspaniya) - 56 faiz
12. "Fənərbaxça" (Türkiyə) - 51,9 faiz
13. "Fiorentina" (İtaliya) - 51,9 faiz
14. "Mançester Siti" (İngiltərə) - 51,9 faiz
15. "Liverpul" (İngiltərə) - 50 faiz

16. "Roma" (İtaliya) - 48,1 faiz
17. "Napoli" (İtaliya) - 48,1 faiz
18. "Borussiya" (Dortmund, Almaniya) - 48 faiz
19. "Bavariya" (Almaniya) - 47,8 faiz
20. "Portu" (Portuqaliya) - 45,8 faiz
Diaspora