Təbrizin "Traktor" klubu adını tarixə yazdıra bilər

Təbrizin "Traktor" klubu adını tarixə yazdıra bilər backend

Cənubi Azərbaycanın fəxri, dünyada ən çox azarkeş kütləsinə malik olan türk futbol klublarından biri "Traktor" bu gün tarix yaza bilər.

Oxu.Az xəbər verir ki, Təbriz təmsilçisi tarixində ilk dəfə İranın ən yüksək divizionunda çempionluğunu rəsmiləşdirməyə yaxındır.

"Traktor" qızıl medalları vaxtından qabaq təmin etmək üçün bu gün Qəzvin şəhərində yerli "Şams Azar"ı məğlub etməlidir. Lakin təkcə bu nəticə kifayət etmir. Hər şey əsas rəqib "Sepahan"dan asılıdır.

Səfər qələbəsi sayəsində "Traktor" xalını 64-ə çatdıracaq. 56 xalla ikinci yeri tutan "Sepahan" paralel keçirilən "Qol Qohar"a qarşı oyunda xal itirərsə, rəqibinə çata bilməyəcək.

Qeyd edək ki, 1970-cı ildə yaradılan "Traktor" heç vaxt İran çempionu ola bilməyib.

İran Gulf Pro Liqası

XXVIII tur

20:00 "Şams Azar" - "Traktor"

Diaspora