“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb

“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb backend

“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yarımfinalda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0. Bununla da 12-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” 11 dəfə buna nail olan “Neftçi”ni geridə qoyub.

Ağdam təmsilçisi əvvəlki 11 finalın 8-də - 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024 mövsümlərində kuboku qazanıb. Üç dəfə - 1995/1996, 1997/1998 və 1999/2000 mövsümlərində finalda uduzub.

Diaspora