Serbiyanın "Çrvena Zvezda" futbol klubu doğma liqa matçlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə dünya rekorduna imza atıb.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
Komanda səkkiz ildir ki, evdə uduzmur; sonuncu məğlubiyyət 2017-ci ilin aprelində baş verib. “Partizan”lar üzərində qələbədən sonra “Çrvena Zvezda” evində 148 məğlubiyyətsiz oyun keçirib.
Klub 11 dəfə Serbiya çempionu və 7 qat Serbiya Kubokunun qalibi, eləcə də 1991-ci ildə “Kubok Qalibləri” kubokunun qalibidir. Komandada keçmiş Rusiya Premyer Liqasının (RPL) oyunçuları Milan Rodiç, Uroş Spaiç və Quelor Kanqa, həmçinin rusiyalı Yeqor Prutsev var.
QAZİLER.AZ