Ərdoğanın oğlu Rusiyanın Olimpiadada iştirakına icazə verilməsini TƏLƏB ETDİ

Ərdoğanın oğlu Rusiyanın Olimpiadada iştirakına icazə verilməsini  TƏLƏB ETDİ backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan Rusiyanın Olimpiya Oyunlarında iştirakının lehinə danışıb.

Qaziler.az xəbər verir ki, Bilal Ərdoğan TASS-a müsahibəsində bəyan edib ki, Rusiya idmançıları yarışlarda ölkə bayrağı ilə olmalıdırlar.

Hesab edirəm ki, rusiyalı idmançılar bütün idman yarışlarında - bayraqla, ədalətli mübarizə ilə olmalıdırlar. İdmanı siyasiləşdirmək olmaz. Siyasət və idman ayrıdır”, - Ərdoğan deyib.

O əlavə edib ki, idmançıların beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılmalarının siyasi səbəblərlə heç bir əlaqəsi yoxdur. Ərdoğanın sözlərinə görə, onları yarışlardan ayıra biləcək dəqiq qayda da yoxdur.

Biz görürük ki, Rusiya idmançılarına necə icazə verilmir, amma, İsrail komandaları və idmançıları hər yerdə iştirak edir. Bu, məntiqsiz və tamamilə ədalətsizdir”, - Ərdoğan hesab edib.

QAZİLER.AZ

Diaspora