Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu, dünya rekordçusu olan isveçli Arman Düplantis "Laureus World Sports Awards" versiyası üzrə "İlin kişi idmançısı" mükafatının qalibi olub.
Oxu.Az gazeta.ru-ya istinadla xəbər verir ki, mükafatların təqdim edilməsi mərasimi aprelin 21-də Madriddə keçirilib.
"İlin qadın idmançısı" mükafatına isə idman gimnastikası üzrə yeddiqat Olimpiya çempionu, 23 qat dünya çempionu olan amerikalı Simona Baylz layiq görülüb.
Qeyd edək ki, "Laureus" nominasiya siyahıları 70-dən çox ölkədən mindən çox idman media orqanının səsverməsi ilə formalaşır.

