Azərbaycan şahmatçıları Danimarka komandasına qalib gəliblər

Azərbaycan şahmatçıları Danimarka komandasına qalib gəliblər backend

Reykyavikdə şahmat üzrə komandalar arasında Avropa çempionatında beşinci turun görüşləri çərçivəsində kişilərdən ibarət Azərbaycan komandası Rusiya millisi ilə qarşılaşıb.


Bu barədə AZƏRTAC-a Azərbaycan Şahmat Federasiyasından bildiriblər.

Birinci lövhədə millinin lideri Şəhriyar Məmmədyarovun Pyotr Svidler ilə sülh bağlamasının ardından digər qrossmeysterlər - Teymur Rəcəbov, Arkadi Naydiç və Eltac Səfərli də görüşü heç-heçə başa vurublar. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Qadınlardan ibarət Azərbaycan millisi isə Danimarka seçməsi ilə qarşılaşıb. Görüş 4:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb. Öz görüşlərini qələbə ilə Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Xəyalə Abdulla və Ülviyyə Fətəliyeva başa vurublar.

Altıncı turda kişilərdən ibarət komandamız Niderland, qadınlardan ibarət millimiz isə Polşa yığması ilə qarşılaşacaq.

Diaspora