İngiltərə millisi beynəlxalq yoldaşlıq oyunları çərçivəsində Fransa millisi ilə qarşılaşıb. ANS PRESS-in məlumatına görə, oyun Parisdə baş verən terror aktının qurbanlarına hörmət əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayıb.
Matça gəlincə, oyunda hesab 39-cu dəqiqədə açılıb. Dele Alli gözəl qola imza ataraq, İngiltərəni hesabda önə keçirib. Oyunda hesab bir daha matçın 48-ci dəqiqəsində dəyişib. Bu dəfə İngiltərənin heyətində Ueyn Runi fərqlənib. Runi Sterlinqin qapı önünə asmasından sonra gözəl qola imza atıb.Oyun bir məqamla da yadda qalıb. Beləki, Fransa himnini fransalı azarkeşlər və futbolçular ilə yanaşı həm də ingiltərəli futbolçular və azarkeşlər də ifa edib.