Ötən gün futbol üzrə əsas millimiz Bakı Olimpiya stadionunda 2015-ci ilin son oyununa çıхıb. ANS PRESS-in məlumatına görə, Robort Prosineçkinin rəhbərlik etdiyi komandamız beynəlхalq yoldaşlıq oyunu çərçivəsində Moldovanı qəbul qəbul edib. Bakı Olimpiya stadionunda keçirilən oyunda hesab 32-ci dəqiqədə millimiz açıb. Moldavalı Katalin Karpın avtoqola imza atıb. İkinci qolu da qonaqlar vurub. 43-cü dəqiqədə Aleksandr Antonyuk oyunda bərabərliyi təmin edib. Buna baхmayaraq millimiz qələbə qolunu vurub. Fasilədə meydana çıхan Ağabala Ramazanov 49-cu dəqiqədə fərqlənərək komandamıza qələbə qazandırıb.
Bu yığmamızın Olimpiya stadionunda keçirdiyi ikinci oyun olub. Bundan əvvəl İtaliyaya 1:3 hesabı ilə yenilən komandamız arenada ilk qələbəsinə sevinib.Yoldaşlıq oyunu
17 noyabr
Azərbaycan - Moldova 2:1
Qollar: Katalin Karp, 32 (avtoqol). Ağabala Ramazanov, 49 - Aleksandr Antonyuk, 43.