Hannover stadionu qarşısında bomba aşkarlandı

Hannover stadionu qarşısında bomba aşkarlandı backend

Almaniya-Niderland futbol matçının keçiriləcəyi Hannover stadionu yaxınlığındakı avtomobillərin birində partlayıcı qurğu aşkarlanıb. QAZİLER.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb. Məlumata görə, partlayıcı qurğu “təcili yardım” avtomobildə aşkarlanıb.

Hannover polis idarəsinin rəisinin sözlərinə görə, terrorçular partlayıcı qurğunu stadionun daxilində partlatmağı planlaşdırıblar.

Stadionun qarşısına çoxlu sayda polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, Hannoverin “HDI- Arena” stadionunda keçiriləcəyi planlaşdırılan oyunu tribunadan Almaniya kansleri Angela Merkelin izləyəcəyi gözlənilirdi.

Diaspora