Qəbələ - Xankəndi ultramarafonu başlayıb

Qəbələ - Xankəndi ultramarafonu başlayıb backend

Qəbələ - Xankəndi ultramarafonuna start verilib.

"Report"un məlumatına görə, marafondan öncə Qəbələ şəhərində tədbir keçirilib.

Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanılan gənclər strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qəbələnin bu gün beynəlxalq miqyaslı tədbirlərə - dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantılarına, görüşlərə, sammit və forumlara, beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Qəbələ həm də 2025-ci ildə MDB-nin “Gənclər Paytaxtı” seçilib.

Qəbələ şəhər Mədəniyyət Mərkəzinin qarşısından start götürən Qəbələ - Xankəndi ultramarafonu 192 km məsafəni əhatə edir. Dörd mərhələdən ibarət olan marafonun birinci mərhələsi Qəbələ - Ağdaş, ikinci mərhələsi Ağdaş - Bərdə, üçüncü mərhələsi Bərdə - Ağdam və sonuncu, dördüncü mərhələsi isə Ağdam - Xankəndi marşrutu olacaq.

Ultramarafonda 6 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Moldova və Ukraynadan 100-ə yaxın atlet iştirak edir.

Qeyd edək ki, Qəbələ - Xankəndi ultramarafonu aprelin 13-də Xankəndi şəhərində başa çatacaq.

Diaspora