AFFA “Qəbələ”ni cərimələyib

AFFA “Qəbələ”ni cərimələyib backend

AFFA-nın İntizam Komitəsi “Qəbələ” klubunu min manat cərimələyib. AZƏRTAC xəbər verir ki, səbəb Azərbaycan Premyer Liqasının 12-ci turunda “İnter”lə keçirilmiş matçda “qırmızı-qaralar”ın heyətində 5 futbolçunun sarı vərəqə almasıdır.


Qaydalara görə, bir oyunda komanda heyətində dörd və daha çox futbolçu sarı vərəqə alarsa, həmin klub min manat cəriməyə məruz qalır.

Qeyd edək ki, 12-ci turda keçirilmiş “Qəbələ”-“İnter” oyunu 1-1 hesablı ilə başa çatıb.
Diaspora