Azərbaycanın sərbəst güləş millisinin məşqçisi: On medal bizi qane etdi

Azərbaycanın sərbəst güləş millisinin məşqçisi: On medal bizi qane etdi backend

Bizi qane edən nəticə oldu.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurla çıxış edən sərbəst güləş üzrə Azərbaycanın millisinin məşqçisi Namiq Quliyev jurnalistlərə açıqlamasında deyib.

O, bu nəticənin gələcək yarışlarda komandaya stimul verəcəyini deyib: "Müsbət nəticə əldə etdiyimiz üçün sevinirik. Daha yaxşı ola bilərdik. Sadəcə, idmançılarım texniki səhvlərə görə daha çox qızıl medal əldə edə bilmədilər. 62 və 57 kiloqramlara birinci olmağa yaxın idik".

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla (2 qızıl, 3 gümüş və 5 bürünc) başa vurub.

 

 

Diaspora