Məşhur şərhçi xarici agent elan edildi - FOTO

Məşhur şərhçi xarici agent elan edildi - FOTO backend

Uzun müddət NTV-Plus və Match TV sistemlərində çalışmış keçmiş rusiyalı şərhçi Aleksandr Şmurnov xarici agent kimi tanınıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, müvafiq fərman Rusiya Federasiyası Ədliyyə Nazirliyinin saytında dərc olunub.

“A. İ. Şmurnov Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar, habelə Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında mənfi imic yaratmağa yönəlmiş yalan məlumatlar yayıb. O, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın əleyhinə çıxış edib. O, Rusiya Federasiyasından kənarda yaşayır”, – məlumatda deyilir.

Şərh işindən əlavə, Şmurnov həftəlik “Futbol”un müəllifi, “Qazeta”nın köşə yazarı və “Çempionat”ın baş redaktoru kimi fəaliyyət göstərib.

 

 

Diaspora