Qarabağ"la Nəriman Axundzadə ilə bağlı razılıq əldə edə bilməyən "Molde" yeni hücumçu tapıb

Qarabağ"la Nəriman Axundzadə ilə bağlı razılıq əldə edə bilməyən "Molde" yeni hücumçu tapıb backend

Nəriman Axundzadənin keçidi üçün "Qarabağ"la razılıq əldə edə bilməyən "Molde" heyətini 20 yaşlı qanalı ilə gücləndirib.

QAZİLER.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Norveç klubu qanalı 20 yaşlı futbolçu Cəlal Abdullanı heyətinə cəlb edib. Gənc hücumçu İsveçin "Elfsborq" klubundan 2025-ci il mövsümü üçün "Molde"yə icarəyə verilib. Cəlal Qananın U-20 milli komandasında çıxış edir.

O, ötən mövsüm klubu ilə 52 oyuna çıxıb, 12 qola imza atıb.

Xatırladaq ki, "Qarabağ"ın oyunçusu Nəriman Axundzadənin "Molde"yə transferi üçün klublar arasında razılıq əldə edilməmiş və keçid baş tutmamışdı.

 

 

Diaspora