Türkiyə yığmasının baş məşqçisi Fatih Terim Azərbaycana gəlməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Onun rəhbərlik etdiyi komanda Dohadan dönüşdən sonra noyabrın 17-də Yunanıstanla qarşılaşmaya hazırlaşmağa başlayıb. Komanda mətbuata qapalı ilk məşqini də keçirib.
F.Terim Yunanıstan səfərindən öncə Azərbaycana gələcək. Onun bir açılış mərasiminə qatılacağı gözlənilir.Noyabr ayının 13-də Türkiyə millisi Qətərlə yoldaşlıq oyunu keçirib. Oyun Türkiyənin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qətərin heyətində Əli Əssədalla fərqlənib ( 26-cı dəqiqə), Türkiyənin heyyətində isə, Arda Turan (69-cü dəqiqə) və Cenk Tosun ( 72-ci dəqiqə) qol vurublar.