İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli İtaliyanın “Komo”nun heyətinin İtaliya A Seriyasının 29-cu turunun “Milan”la oyununda debüt edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 81-ci dəqiqədə meydana daxil olub, O, Lukas Da Kunyanı əvəzləyib.
Cəmi 10 dəqiqə sonra diqqət mərkəzinə düşüb. O, həmyerlisi Ruben Loftus-Çikə qarşı kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb.
Xatırladaq ki, Alli 2023-cü ilin fevralında “Beşiktaş”da icarə əsasında oynayarkən ciddi zədə alıb və o vaxtdan meydana çıxmayıb. İngilis futbolçunun “Everton”la müqaviləsi 2024-cü ilin yayında başa çatıb və o, azad agent olub. 2025-ci ilin yanvarında Alli Komo ilə ilyarımlıq müqavilə imzalayıb.
Qeyd edək ki, qarşılaşma “Milan” xeyrinə başa çatıb – 2:1.