Albaniyanın paytaxtı Tiranada U-23 Avropa çempionatı start götürüb.
QAZİLER.AZ Teleqraf-a istinadən xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayıb. Pəhləvanlardan ikisi yarımfinal mərhələsinə yüksəlib.
57 kq çəki dərəcəsində mübarizə aparan Rəhman İmanov təsnifat mərhələsində rusiyalı (U-20) Avropa çempionu və dünya ikincisi Lev Pavlova (UWW) 0:3 hesabıyla məğlub olub.
65 kq-da Murad Haqverdiyev ispaniyalı Felipe Millaya 5:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Ancaq 1/4 finalda rusiyalı (U-17) Avropa çempionu Amal Candubayevə (UWW) 4:8 hesabıyla məğlub olub.
70 kq-da yarışan Kənan Heybətov ukraynalı Narek Poqosyan və bolqarıstanlı Kaloyan Atanasovu vaxtından əvvəl - hər ikisini 10:0 hesabıyla üstələyərək yarımfinala yüksəlib. Kənan yarımfinalda belçikalı Muhammad Abduraxmanovla qarşılaşacaq.
79 kq-da Fərid Cabbarov gürcüstanlı Giorgi Qoqritçianiyə 8:4, italiyalı Raffaele Matrulloya isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Fərid yarımfinalda isveçrəli Umar Mavlayevlə qarşılaşacaq.
97 kq-da Abdulcəlil Şabanov təsnifat mərhələsində ermənistanlı Sergey Sargsyana 3:11 hesabıyla məğlub olub.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə
21:00-da başlayacaq.