Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Asiya Çempionlar Liqasının 1/8 finalında İranın “İstiqlal” komandası ilə qarşılaşmanın Tehranda deyil, başqa meydançada keçirilməsini istəyib.
QAZİLER.AZ Lent.az-a istinadən verdiyi məlumata görə, buna səbəb klubun portuqaliyalı hücumçu Kriştiano Ronaldonun həyatı və təhlükəsizliyindən qorxması olub. Belə ki, 2023-cü ilin sentyabrında “Əl-Nəsr”in Tehranda “Persepolis”lə (2:0) oyunu zamanı yerli azarkeşlər Ronaldonun otelinə soxulmağa cəhd ediblər.
Asiya Futbol Konfederasiyası “Əl-Nəsr”in tələbini rədd edib. Qarşılaşma nəzərdə tutulduğu kimi martın 3-də Tehranın “Azadi” stadionunda baş tutacaq. Ronaldonun bu oyuna gedib-getməcəyi bəlli deyil.