"Real Madrid"in keçmiş futbolçusu Xavyer Dorado 48 yaşında vəfat edib.
Qaziler.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Madrid klubu onun ailəsinə, komanda yoldaşlarına, bütün sevdiklərinə və şərəfini qoruduğu bütün klublara başsağlığı verir", - mətbuat xidmətinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Dorado iki il əvvəl xərçəng xəstəliyinə tutulub. O, Palma de Mallorca şəhərində yaşayırdı və yeni sümük iliyi transplantasiyasını gözləyirmiş.
İdmançı 1999-2000-ci illərdə Madrid komandasında çıxış edib. Müdafiəçi "Real"la birlikdə Çempionlar Liqasının qalibi olub. Dorado karyerası ərzində "Rayo Valyekano", "Salamanka", "Malyorka", "Sportinq" və "Atletiko Baleares"də də çıxış edib.
QAZİLER.AZ