Almaniya yığması terror təhlükəsinə görə oteldən təcili çıxarıldı

Almaniya yığması terror təhlükəsinə görə oteldən təcili çıxarıldı backend

Futbol üzrə Almaniya yığma komandası otelə bomba qoyulması xəbəri yayılandan dərhal sonra Parisdə qaldığı mehmanxanadan təcili olaraq təxliyə edilib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Almaniyanın “Kölner Express” nəşri məlumat yayıb.


Almaniya yığmasının meneceri Oliver Birhoff bu informasiyanı təsdiqləyib.

“Partlayış təhlükəsi var idi. Otel dərhal bağlandı. Oradakı insan köçürüldü” - deyə alman nəşrləri O.Birhoffdan sitat gətiriblər.

Məlumata görə, partlayışın Parisin 16-cı dairəsində yerləşən “Molitor” otelinin qarşısında baş verə bilməsi təhlükəsi barədə xəbərdarlıq olunubmuş. Xəbərdarlıq polisə yerli vaxtla səhər 9 radələrində daxil olub. Bundan sonra polis həmin ərazidə irimiqyaslı əməliyyata başlayıb.

Bu axşam Fransa yığması ilə yoldaşlıq oyunu keçirəcək Almaniya yığmasının futbolçuları isə hələ də başqa məkanda yerləşdiriliblər.

“Oteldə bomba partlayışı xəbərdarlığı oldu. Lakin yığmamızın üzvləri üçün heç bir təhlükə yoxdur. Hələlik “Roland Garros”da bir qədər tennis oynayırıq” - deyə Almaniya yığmasının yarımmüdafiəçisi Sami Xedira öz İnstagram səhifəsində yazıb.
Diaspora