Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın hər il gimnastika üzrə beynəlxalq yarışlara ev sahibliyi etdiyini və bunun ölkə idmanının inkişafı üçün mühüm önəm daşıdığını vurğulayıb.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, gimnastlarımızın "Paris-2024" Yay Olimpiya Oyunlarında yaxşı nəticələr əldə etdiyini söyləyən nazir bu uğurların davamlı olacağına inandığını bildirib. Fərid Qayıbov turnirdə iştirak edən bütün idmançılara müvəffəqiyyətlər arzulayıb və Dünya Kubokunu açıq elan edib.
Batut gimnastikası üzrə Azərbaycanı qadınlarda Selcan Mahsudova, Şəfiqə Hümbətova, kişilərdə isə Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar), Mehdi Əliyev (fərdi çıxış), Əli Niftəliyev təmsil edirlər. Qeyd edək ki, turnirdə ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edəcəklər.
Tamblinq üzrə isə Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev və Aleksey Karataşov medallar uğrunda mübarizə aparırlar.
Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq. Yarışda 15 ölkədən idmançılar güclərini sınayırlar.

