Rusiya millisinin futbolçusu ömründə yalnız bir kitab oxuyub

Rusiya millisinin futbolçusu ömründə yalnız bir kitab oxuyub backend

Rusiya millisinin və Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Sergey Pinyayev  Edamsın "YouTube" kanalına müsahibəsində həyatı boyu cəmi bir kitab oxuduğunu deyib.

Qaziler.az bildirir ki, bu barədə lenta.ru yazıb.

“Oxuduğum yeganə şey Mark Tven idi. Hansısa ada haqqında idi" deyə futbolçu bildirib. O, kitabsevər olmadığını, sevgilisinin onu oxumağa vadar etdiyini vurğulayıb. Birlikdə Fyodor Dostoyevskinin əsərlərini oxumağa çalışdılar, lakin onları başa düşə bilməyiblər.

Saratov futbolunun yetirməsi olan Pinyayev bir neçə dəfə "Mançester Yunayted" Akademiyasında təcrübə keçib. 19 yaşlı futbolçu 2023-cü ilin yanvarından "Lokomotiv"də çıxış edir. Transfermarkt portalı onun dəyərini 8 milyon avro qiymətləndirir.

QAZİLER.AZ

Diaspora