Azərbaycan çempionatında növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq

Azərbaycan çempionatında növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq backend

AFFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib.

Apa xəbər verir ki, iclasda növbəti mövsümün 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olması qərara alınıb.

 

Qərara əsasən, III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.

Cari mövsümdə sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

Diaspora