Sverdlovskda yatıb durmayan futbolçunun anası oğlunun ölüm səbəbini açıqladı

Sverdlovskda yatıb durmayan futbolçunun anası oğlunun ölüm səbəbini açıqladı backend

“POZ-Proqres” klubunun mərhum həvəskar futbolçusu Danil Xilobokun anası Nadejda Xilobok oğlunun ölümünün ilkin səbəbinin ürək problemləri olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, onun sözlərini “Match TV” sitat gətirib.

“Deyəsən, ölümün səbəbi ürəkdir. Dodaqları mavi idi, amma hələ tam dəqiq bilmirəm” anası deyib.

Xilobok, bu komandanın digər futbolçusu Yan Juravlevlə eyni gündə dünyasını dəyişib.

İlkin olaraq bildirilir ki, futbolçular fevralın 15-də məşq edib evə gediblər və yatan zaman dünyalarını dəyişiblər. Juravlevin anası oğlunun ürəyində problem olduğunu, lakin Xilobokun isə ürəyindən şikayət etmədiyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora