Azərbaycan atleti qızıl medal qazanıb

Azərbaycan atleti qızıl medal qazanıb backend

Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal əldə edib.

QAZİLER.AZ  Trend-iə istinadən verdiyi məlumata görə, üç təkanla tullanma növündə çıxış edən idmançı 16,3 metr nəticə göstərərək yarışın qalibi olub. O, 9 ölkədən 12 idmançının iştirak etdiyi turnirdə bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan atletlərindən Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatında çempion olmuşdu.

Azərbaycan bu yarışda ümumilikdə 6 idmançı ilə təmsil olunur.

Diaspora