İtaliyalı tennisçi üç ay müddətinə diskvalifikasiya olunub

İtaliyalı tennisçi üç ay müddətinə diskvalifikasiya olunub backend

Beynəlxalq Anti-Dopinq Agentliyi (WADA) hazırda dünya reytinqində birinci yerdə qərarlaşan italiyalı tennisçi Yannik Sinneri üç ay müddətinə diskvalifikasiya edib.

QAZİLER.AZ  "Report"-a istinadən xəbər verir ki, antidopinq qaydalarını pozan idmançının diskvalifikasiya müddəti bu il mayın 4-nə qədər davam edəcək.

Qeyd edək ki, ötən ilin martında İndian-Uellsdəki "Masters" turnirində dünya reytinqinin liderinin verdiyi dopinq testlərinin nəticəsi müsbət çıxmışdı. Lakin Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) idmançını günahsız hesab etmişdi. Bu səbəbdən WADA oktyabrda ITIA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti vermişdi.

Diaspora