Səudiyyə Ərəbistanı 2034-cü il Dünya Kuboku zamanı spirt istehlakına icazə verməyəcək.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Böyük Britaniyadakı səfiri Şahzadə Xalid bin Bəndər əl Səud LBC radiosuna bildirib. Diplomat vurğulayıb ki, ölkənin iqlimi qurudur.
“Hazırda spirtli içki qəbul etməyə icazə vermirik. Onsuz da gözəl vaxt keçirə bilərsiniz - bu, 100% məcburi deyil və ölkədən ayrıldıqdan sonra içki içmək istəyirsinizsə, davam edə bilərsiniz. İçki içmədən yaşaya bilmirsiniz?” - Əl Səud qeyd edib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında FİFA Səudiyyə Ərəbistanını 2034-cü ildə dünya çempionatına ev sahibliyi edəcəyini rəsmən təsdiqləyib. Daha sonra qurumun nümayəndələri bildiriblər ki, stadionlarda pivə satışı ilə bağlı məsələ qaldırmayacaqlar, çünki bu, yerli qanunlara ziddir.
QAZİLER.AZ