“Bavariya“ Müllerin maaşını artıracaq, əgər..

“Bavariya“ Müllerin maaşını artıracaq, əgər.. backend

"Bavariya" futbolçusu Tomas Müllerə yeni müqavilə təklif etməyə hazırlaşır. Qol.Az-ın "Bild" qəzetinə istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisi bir çox klubun maraqlandığı alman oyunçunu komandada saxlamaq üçün onun maaşını artırmağı düşünür.

Hazırda illik 8.5 milyon avro qazanan Müller "Bavariya"nın yeni təklifini qəbul edəcəyi təqdirdə, maaşı 15 milyon avroya yüksələcək.
Qeyd edək ki, "Bavariya" Müllerlə 2019-cu ildə başa çatacaq müqavilənin müddətini 2020-ci ilə qədər uzatmağı planlaşdırır.
Diaspora