Moskvanın "Spartak" futbol klubunun rəhbərliyi klub tarixinin ən bahalı oyunçusunu alıb - komandanın heyətini Trinidad və Tobaqo millisinin 27 yaşlı hücumçusu Levi Qarsiya genişləndirib.
Qaziler.az bildirir ki, bu barədə fevralın 7-də “qırmızı-ağlar”ın mətbuat xidməti məlumat yayıb.
Qarsiya "Spartak"la 3,5 illik müqavilə imzalayıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun transferi kluba 18,7 milyon avroya başa gəlib.
“182 sm boyunda olan Qarsiya əla tullanma qabiliyyəti, yüksək sürət, effektiv driblinq və güclü zərbə ilə seçilir”, - komandanın saytında bildirilir.
2020-ci ildən futbolçu Yunanıstan AEK-də çıxış edir. 2023-cü ildə klub çempion və Yunanıstan kubokunun qalibi olub. Sport-Express əlavə edir ki, hücumçu bu mövsüm komandanın heyətində 22 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bundan əvvəl Spartak-ın ən bahalı alışı hollandiyalı yarımmüdafiəçi Quus Til idi. "Transfermarkt"ın məlumatına görə, onun Hollandiyanın "Alkmaar Zaanstrek" klubundan transfer qiyməti 2019-cu ildə 18 milyon avro olub.
QAZİLER.AZ