18 yaşlı rusiyalı futbolçunun üzü iflic olub

18 yaşlı rusiyalı futbolçunun üzü  iflic olub backend

Sankt-Peterburqun "Zenit" klubunun 18 yaşlı müdafiəçisi Matvey Bardaçovun üzünün bir hissəsi iflic olub.

Qaziler.az xəbər verir ki, bu barədə “Mutko Protiv” teleqram kanalı yazıb.

Mənbənin sözlərinə görə, klub futbolçunun müalicəsində kömək edir, Borodaçev özü isə nevroloji xəstəliyinin olmasına baxmayaraq, məşqlərini davam etdirir və “Zenit-2” ilə işləyir.

2024-25-ci ilin ilk yarısında futbolçu altı matçda meydana çıxmağı bacarsa da, qol vura bilməyib.

Qeyd edilib ki, Sankt-Peterburqun "Zenit" klubu Rusiya Premyer Liqasının turnir cədvəlində liderlərdən biridir. Komanda "Krasnodar"la eyni xal toplayıb (39 xal) və əlavə göstəricilərə görə geridə qalaraq ikinci yerdə qərarlaşıb.

QAZİLER.AZ

Diaspora