Misli Premyer Liqasında XXI tura yekun vurulub.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bağlanış oyununda "Zirə" doğma meydanda "Qarabağ"ı qəbul edib. Qarşılaşma "qartallar"ın əzmkar qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı qonaqlar açıblar. Aleksey Kaşuk 20-ci dəqiqədə komandasını önə keçirib. 42-ci dəqiqədə Patrik Andrade fərqi 2 topa çatdırıb. İlk hissə "Qarabağ"ın üstünlüyü ilə yekunlaşıb.
İkinci yarıda daha inamlı təsir bağışlayan "Zirə" 3 qol vuraraq geridönüş edib. Salifu Suma əvvəlcə 56-cı dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb, 67-cı dəqiqədə isə özünün və komandasının ikinci qolunu vurub. Matçda son nöqtəni Davut Volkov qoyub. Gürcüstanlı hücumçu 90-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 39-a çatdıran "Zirə" 3-cü pillədə qərarlaşıb. "Qarabağ" isə 50 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"a 3:2, "Neftçi" "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib, "Turan Tovuz" - "Səbail"lə (1:1) "Sumqayıt" isə "Araz-Naxçıvan"la (0:0) heç-heçə edib.