Azərbaycan cüdoçuları Belçikanın Vise şəhərində keçirilən Belçika Açıq Cüdo turnirinin ilk yarış günündə 4 medal qazanıblar.
QAZİLER AZ. AZƏRTAC-a istinadən xəbər verir ki, bunlardan 1-i qızıl, 2-si gümüş, 1-i isə bürünc medaldır.
Kişilər arasında 4 çəki dərəsində Azərbaycanın 9 cüdoçusu qüvvəsini sınayıb. 60 kiloqram çəkidə Murad Muradlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
73 kiloqram çəkidə Qadir Hüseynov gümüş, İbrahim Əliyev isə bürünc medal əldə edib. Eyni çəkidə çıxış edən Nəriman Mirzəyev 7-ci yerlə kifayətlənib.
+100 kiloqram çəkidə İmran Yusifov gümüş mükafata yiyələnib. Camal Qamzatxanov və Camal Feyziyev isə 5-ci sırada qərarlaşıb.