Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, turnir cədvəlində FCSB 14 xalla 6-cı, "Qarabağ" isə 3 xalla 33-cü yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, növbəti matçın nəticəsindən asılı olmayaraq Ağdam təmsilçisi pley-off şanslarını itirib.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin son - 8-ci turunda Yunanıstan "Olimpiakos"unun qonağı olacaq.
Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur
21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) - 2:3
Qollar: Leandro Andrade, 1 (1:0), Şut, 7 (1:1), Nqezana, 41 - avtoqol (2:1), Mikulesku, 45+4 (2:2), Şut, 73 (2:3)
Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)
VAR: Mihal Oçenaş
AVAR: Martin Dohal
Tofiq Bəhramov adına Respublika Stadionu