Azərbaycan millisinin Ukraynanın “Şaxtyor” klubu ilə oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində baş tutacaq qarşılaşmanı belaruslu ədalət təmsilçiləri idarə edəcək.
Bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq matçın referisi Vitali Sevostyanik olacaq. Ona həmyerliləri Sergey Qidreviç və Yevgeni Yuçeviç kömək edəcək.