Umar Nurməhəmmədov UFC döyüşlərindən uzaqlaşdırıldı

Umar Nurməhəmmədov UFC döyüşlərindən uzaqlaşdırıldı backend

Rusiyanın qarışıq döyüş ustası Umar Nurməhəmmədov tibbi səbəblərə görə 6 ay müddətinə döyüşlərdən uzaqlaşdırılıb.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bu haqda “MMA Fighting” məlumat yayıb. Qeyd edilib ki, bu barədə Kaliforniya ştatının Atletika Komissiyası qərar verib.

“Nurməhəmmədov 7 günlük məcburi diskvalifikasiya, eləcə də sol əlinin mümkün sınığı səbəbindən 180 günlük (6 ay) döyüşlərdən çıxarılma ilə siyahıya başçılıq edir”, - məlumatda bildirilib.

Qeyd olunub ki, yarışın dayandırılmasına səbəb onun UFC 311 turnirində gürcüstanlı Merab Dvalişviliyə qarşı döyüşdə aldığı zədə olub.

QAZİLER.AZ

Diaspora