AFFA kütləvi davada iştirak edən futbolçuları cəzalandırdı

AFFA kütləvi davada iştirak edən futbolçuları cəzalandırdı backend

AFFA İntizam Komitəsi 17 yaşadək futbolçular arasında Azərbaycan çempionatının "Kəpəz" - "İnter" matçında baş vermiş kütləvi dava-dalaşla bağlı qərarlarını açıqlayıb. "Report" xatırladır ki, futbolçular arasında toqquşma 90+3-cü dəqiqədə baş verib.


Səbəb "İnter"in futbolçusu İlyas İlyasovun rəqib oyunçulardan birini təhqir etməsi olub. Bundan sonra tərəflər arasındakı mübahisə böyüyərək əlbəyaxaya çevrilib. Baş hakim İlyasovu və kütləvi dava-dalaşda iştirak etmiş "Kəpəz"in futbolçuları Sabit Quliyev, Fərid Əliyev və Əli Kərimovu meydandan qovub.

AFFA İntizam Komitəsi "İnter"in oyunçusunu 3, "Kəpəz"in futbolçularını isə 5 oyunluq cəzalandırıb.
Diaspora