Dünən gecə baş verən kikboksçu və boksçu məşqçilərin iştirakı ilə törədilmiş cinayət işi ilə bağlı daha bir nəfər saxlanılıb.
Kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezident Ramal Aslanov Xətai rayon Polis Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, "Lord" ləqəbli Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovun döyülməsində iştirak edən Elnur Həmidov, Elçin Hüseynov və Elvin Məmmədova sifarişi verən şəxs kimi şübhəli bilinir. Ramal Hüseynovla Fuad Zeynalov bir federasiyada işləsə də, uzun müddət aralarında soyuq münasibətlər olub.