İngiltərə təmsilçisi "Mançester Yunayted" "Vulverhempton"un hücumçusu Matheus Kunya ilə güclənə bilər.
QAZÍLER.AZ "Report"-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Lakin qarşı tərəf oyunçusunu buraxmaq niyyətində deyil və ona 2030-cu ilin yayına qədər yeni müqavilə təklif etməyə hazırlaşır.
M.Kunyanın "Vulverhempton"la olan hazırkı sözləşməsi 2027-ci ildə başa çatacaq. Braziliyalı futbolçu cari mövsüm 20 qarşılaşmada 10 qol vurub.