Teymur Rəcəbovdan ikinci qələbə

Teymur Rəcəbovdan ikinci qələbə backend

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirdə VIII turun görüşləri başa çatıb. Turnirdə mübarizə aparan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu dəfə qələbəyə sevinib.

Daha əvvəl ABŞ-dan olan şahmatçı Uesli Sonu məğlub edən təmsilçimiz polşalı qrossmeyster Radoslav Vojtaşekə də qalib gəlib. Turnir cədvəlində isə lider dəyişikliyi qeydə alınıb. Rəcəbovun turnirdə ilk məğlub etdiyi Uesli Soya uduzan ukraynalı Vasili İvançuk zirvədən “düşüb”. Belə ki, Maqnus Karlsen (Norveç) Baadur Jobavaya (Gürcüstan) qalib gələrək ilk pilləni ələ keçirib.
Diaspora