Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki Moldova ilə yoldaşlıq oyununa 22 futbolçu dəvət edib. Noyabrın 17-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşə 4 qapıçı çağıran xorvatiyalı cəmi 1 hücumçu dəvət edib. Komandamızın yeganə forvardı “Neftçi”nin milliləşən legioneri Ruslan Qurbanovdu.
Prosineçki ötən ay İtaliya və Bolqarıstanla qarşılaşmalarla müqayisədə heyətdə müəyyən dəyişikliklər edib. “Xəzər Lənkəran”ın 22 yaşlı yarımmüdafiəçisi Elşən Rzazadə ilk dəfə ölkəmizin əsas yığmasına çağırılıb.
Ondan başqa, Səlahət Ağayev və Rəşad Eyyubov da son toplanışda iştirak etməyənlərdi. Əvəzində isə oktyabrdakı heyətdən 4 oyunçu bu dəfə siyahıya düşməyib. Bunlar Cavid Tağıyev, Eddi İsrafilov, Elnur Cəfərov və Rəşad Sadiqovdu.
Qapıçılar: Kamran Ağayev (“Karşiyaka”, Türkiyə), Aqil Məmmədov (“Neftçi”), Anar Nazirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Tərlan Quliyev (“Kəpəz”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadiqov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Ruslan Abışov (hamısı “Qəbələ”), Pavel Paşayev (“Metalurq”, Zaporojye, Ukrayna)
Yarımmüdafiəçilər: Rəşad Eyyubov (“Kəpəz”), Qara Qarayev, Elvin Məmmədov, Əfran İsmayılov (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Rəhman Hacıyev (“Neftçi”), Tuğrul Erat (“Fortuna”, Düsseldorf, Almaniya), Rahid Əmirquliyev, Elşən Rzazadə (hər ikisi “Xəzər Lənkaran”)
Hücumçu: Ruslan Qurbanov (“Neftçi”).