Olimpiya çempionu Türkiyə Güləş Federasiyasının prezidenti seçilib

Olimpiya çempionu Türkiyə Güləş Federasiyasının prezidenti seçilib backend

Olimpiya çempionu Taha Akgül Türkiyə Güləş Federasiyasının yeni prezidenti seçilib.

"Report"un məlumatına görə, 34 yaşlı keçmiş idmançı 288 səsdən 189-unu toplayıb.

O, səsvermədə daha bir sabiq güləşçi Selçuk Çebini üstələyib. Qurumun əvvəlki prezidenti Şeref Eroğlu namizəd olmayıb.

Qeyd edək ki, 2016-cı ildəki Yay Olimpiya Oyunlarında qızıl medal qazanan sərbəst güləşçi 3 qat dünya və 11 qat Avropa çempionudur.

Diaspora