Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Ukraynanın Krımsız xəritəsini dərc etdiyi üçün üzr istəyib.
QAZÍLER.AZ Musavat.com-a istinaden xəbər verir ki, bu bölmə artıq silinib və hadisə əvvəlcə Ukrayna Futbol Assosiasiyası ilə müzakirə edilib.
"Biz bu məsələnin həssaslığını tamamilə anlayırıq və hadisə qəsdən baş verməsə də, onun səbəb ola biləcəyi hər hansı bir mənəvi zərərə görə içdən üzr istəyirik. Həmçinin, bu vəziyyəti düzgün həll etmək üçün bütün məsuliyyətlə çalışdığımızı bildirir və qarşılıqlı anlayışınıza yüksək qiymət veririk", - deyə federasiyadan verilən açıqlamada qeyd olunub.