Bizim kimi ölkələrin bu planda çox böyük problemləri var. Futbolçularım nə qışda, nə də yayda normal istirahət edə bilir. Böyük ölkələrin klublarının maydan sonra istirahət üçün 2 ay vaxtı olur. Amma bizdə belə olmur.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qış fasiləsinin az olması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.
"İyun ayında klublararası dünya çempionatı olacaq. Futbolda savaş hələ ondan sonra başlayacaq. Hamı narazılıq edəcək. Futbolçu robot deyil. Böyük klublardan həmişə böyük uğurlar tələb olunur", - Q.Qurbanov qeyd edib.