Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda bu axşam "Ayaks"la qarşılaşacaq "Fənərbaxça" ciddi itki ilə üzləşib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın futbolçusu Lazar Markoviç zədələnərək sıradan çıxıb.
Superliqada "Osmanlıspor"la görüşdə zədə alan serbiyalı futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Zədə səbəbindən Markoviç "Ayaks"la oyun üçün Hollandiyaya aparılmayıb.Qeyd edək ki, müqavilə ilə "Liverpul"a məxsus olan 21 yaşlı futbolçu "Fənərbaxça"da icarə əsasında oynayır.