Azərbaycan millisi EEVZA çempionatında mübarizəni başa vurub

Azərbaycan millisi EEVZA çempionatında mübarizəni başa vurub backend

Azərbaycanın 16 yaşadək voleybolçu oğlanlardan ibarət millisi Estoniyada təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında mübarizəni başa vurub.

QAZÍLER.AZ  "Report"-a istinaden xəbər verir ki, komanda bu gün 5-ci yer uğrunda keçirilən oyunda A qrupunun üçüncüsü olan Gürcüstan yığması ilə qarşılaşıb.

Görüş rəqibin 3:0 (15:25, 16:25, 12:25) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Estoniyada təşkil olunan yarışda B qrupunda yer alan U-16 Latviyaya və təşkilatçı ölkənin təmsilçilərinə də 0:3 hesabı ilə məğlub olmuşdu.

 

 

Diaspora