Rüşvət alan futbol məmuru ABŞ-a ekstradisiya edildi

Rüşvət alan futbol məmuru ABŞ-a ekstradisiya edildi backend

Braziliya futbol konfederasiyasının keçmiş prezidenti Xose Mariya Marin ABŞ-a ekstradisiya edilib. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o, Amerika və Braziliya kuboku turnirlərinin marketinq hüquqlarının satışından bir neçə milyon dollar məbləğində rüşvət almaqda ittiham edilir.

FİFA tarixində ən irimiqyaslı qalmaqal mayın 27-də, qurumun 7 yüksək vəzifəli şəxsinin saxlanılması ilə başlayıb. ABŞ Ədliyyə nazirliyinin məlumatına görə, həbs edilənlər 24 il ərzində 150 milyon ABŞ dollarınadək rüşvət alıblar.
Diaspora